"Google" 23 Aprel Milli Suverenlik və Uşaq Günününə məxsus loqo hazırlayıb

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd olunur.

Olaylar.az xəbər verir ki, buna görə  də "Google" 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Türk bayrağı ilə rəngli xüsusi bir loqo hazırlayıb.

Xatırladaq ki, 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Artıq 101 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31