ABŞ-da müsəlman tələbənin üzünə kislota səpilib

ABŞ-ın New York şəhərində  pakistanlı universitet tələbəsinin üzünə kislota səpilib.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, 21 yaşlı Nafiah İkram evinə gedərkən arxasınca qaçan tanımadığı biri kislota ilə ona hücum edib. Bu səbəbdən İkramın üz, göz,  boyun və əllərində ağır  yanıqlar yaranıb. 

İkramın sözlərinə görə, hazırda  o,  yalnızca rəngləri seçə bilir. 

Qeyd edək ki,  ailə təcavüzkarın tutulması üçün10 min dollar mükafat təyin edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31