Hindistanda vəziyyət ağırlaşır: xəstəxanalarda oksigen qıtlığı yaranıb
23 Aprel 2021 10:25 DünyaSon günlərdə "Covid-19"a yoluxma hallarının ən yüksək səviyyəyə çatdığı Hindistanın koronavirus xəstələrinin olduğu xəstəxanalarda oksigen qıtlığı yaranıb.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, son sutkada 314 mindən çox insanın koronavirusa yoluxması bu vəziyyəti daha da ağırlaşdırıb. Paytaxt Yeni Delhi gündəlik 700 ton oksigenə ehtiyac duyulduğunu bildirilib.
Bugünədək ölkədə 15 milyon 924 min 806 nəfər virusa yoluxub, 186 min 928 nəfər isə virusdan vəfat edib.
Qeyd edək ki, Hindistan yoluxma sayına görə ABŞ-nı da ötüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31