SON DƏQİQƏ: Prezident QANUN İMZALADI - Ehtiyatda olan bütün hərbçilər ORDUYA TOPLANIR, BÖYÜK MÜHARİBƏ QAPIDA
23 Aprel 2021 10:18 DünyaUkrayna Prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.
Olaylar.az "Report"a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezident adminstrasiyasından UNN-ə bildirilib.
Bu qanun layihəsini Ukrayna ali radası 2021-ci il martın 30-da qəbul edib.
Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident adminstrasiyasından qanunu belə şərh ediblər:
"Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir".
Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31