Putinin “çaqqal” təhqirinə ABŞ-dan reaksiya
22 Aprel 2021 13:12 DünyaABŞ Rusiya Prezidenti Vladimir Putinin "Şirxan və Tabaki" haqqında dediklərini öz üzərinə götürmür.
Olaylar.az Axar.az-a istiandən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.
"Biz Prezident Putin tərəfindən hansısa deyilənləri şəxsi qəbul etmirik. Bizim dərimiz qalındır", - deyə o bildirib.
Qeyd edək ki, Putin dünənki çıxışında Rusiyaya qarşı fəaliyyət göstərən bəzi Qərb ölkələrini çaqqal (Tabaki) adlandırmış, onların öz ağalarını (Şirxan) bununla razı salmağa çalışdığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31