Çexiya Rusiya üçün vuruşan vətəndaşlarını həbs etdi

Çexiya 5 vətəndaşını Ukraynanın şərq hissəsində terror fəaliyyətləri ilə məşğul olduğu üçün saxlayıb.

Bu barədə Çexiya Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, sözügedən şəxslər Ukraynanın şərq hissəsində rusiyapərəst qruplarla birgə döyüşmək üçün bu bölgəyə gedib.

Bundan başqa, prokurorluq şübhəli şəxslərin Ukraynanın şərq hissəsinə getmək istəyən insanlar üçün təşkilatçılıq etdiklərini də açıqlayıb.

Çexiya mətbuatı isə həmin 5 nəfərin silahlı qruplaşmaya üzv olduqlarını, eyni zamanda, Rusiya Hərbi Kəşfiyyat Xidmətinə çalışdıqlarını iddia edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31