Rusiyada həbsdə olan rus müxalifət lideri Navalnıyə dəstək olmaq üçün keçirilən icazəsiz nümayişlər sona çatıb.
Olaylar.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva və Sankt-Peterburq başda olmaqla digər şəhərlərdə baş verən nümayişlərə minlərlə insan qatılıb.
Qeyd edək ki, Navalnı hazırda xəstəxanada müalicəni rədd edib və aclıq aksiyasına başlayıb.