Putin Belarusda planlaşdırılan çevrilişə cəhddən danışdı
21 Aprel 2021 15:19 DünyaRusiya Prezidenti Vladimir Putin Belarusda planlaşdırılan dövlət çevrilişi barədə danışıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, V. Putin bu gün Federal Məclisdə müraciətində bildirib ki, hər şey Belarusda real çevrilişə cəhdə aparırdı.
"Heç kim düşünmür ki, nə qədər insan bundan əziyyət çəkəcəkdi", - deyə o vurğulayıb.
Qeyd edək ki, Belarusda Prezident Aleksandr Lukaşenko və ailə üzvlərinə sui-qəsd planlaşdıran iki nəfərin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Moskvada həbs olunduğu barədə məlumat yayılıb.
A. Lukaşenko və Rusiya planın arxasında ABŞ-ın dayandığını iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31