Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır
21 Aprel 2021 14:33 DünyaRusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.
Olaylar.az xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.
4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir. Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31