ABŞ-da afroamerikalı Corc Floydun davasında qərar verilib

Amerika Birləşmiş Ştatlarında afroamerikalı Corc Floydun məhkəməsində polis həbs olundu. 

Amerika Birləşmiş Ştatlarında afroamerikalı Corc Floydun məhkəməsində polis həbs olundu. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki,  4 həftəlik məhkəmədə 12 nəfərlik münsiflər heyəti dünən  10 saatlıq danışıqlardan sonra qərarı elan ediblər. Hakim tərəfindən oxunan hökmdə polis  2-ci dərəcəli adam öldürmə maddəsi ilə həbs olunub. 
 29 martdan bəri davam məhkəmədə 45 şahid dinlənilib.  

Corc Floydun ölümü

46 yaşındakı Corc Floyd 2020-ci ilin  25 may tarixində mağazadan bir qutu siqaret alıb.  Mağaza sahibi Floydun 20 dollarlıq pulunun saxta olduğundan şübhələnərək polisə zəng edib.  Polislər Floydun əllərini qandallayaraq maşına mindirərkən Floyd müqavimət göstərib. Polis məmuru Çauvin dizi ilə Floydun boynunu 9 dəqiqə basıb. Digər iki polis Floydu yerdə saxlamağa kömək edərkən, dördüncü polis ətrafdakıların müdaxilə etməsinin qarşısını alıb.  20 dəfədən çox "nəfəs ala bilmirəm" deyən Floyd xəstəxanaya yerləşdirilsə də,  bir saat sonra vəfat edib.  Floydun ölümü  keçən il dünyada irqçiliyə və polis şiddətinə qarşı etirazlara səbəb oldu.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31