Rusiyada koronavirusdan ölənlərin sayı 106 mini ötüb

Rusiyada son sutka ərzində daha 8164 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Olaylar.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 4 718 854 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 106 307 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31