Paşinyan iki nazir müavinini vəzifədən azad edib
20 Aprel 2021 15:55 DünyaErmənistanın baş naziri Nikol Paşinyan iki nazir müavinini vəzifədən azad edib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, ölkənin yüksək texnologiyalar nazirinin birinci müavini Qor Melikyan işdən çıxarılıb.
Digər fərmanla ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Karen İsaxanyan vəzifədən azad edilib.
Qeyd edək ki, aprelin son ongünlüyündə Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31