İNANILMAZ: Tanış olmaq üçün 1570 fərqli nömrədən zəng etdi - Qadının cavabı isə... - Fotolar

Türkiyənin Kilis rayonunda işləyən həkimə 7 il ərzində 1570 fərqli nömrədən zəng edərək, ünsiyyət qurmağa cəhd göstərən şəxs məhkəmə qarşısına çıxarılıb.

Cəbrail adlı şəxs 7 il əvvəl hazırda 26 yaşı olan Hacer adlı xanımla tanış olub. Ardınca xanım təhsil almaq üçün Ərzuruma köçərək türkiyəli ilə münasibətinə məsafə qoyub. Lakin Cəbrail xanımdan əl çəkməyib. Hətta onu təhdid edib. Nəticədə xanım polisə şikayət edib.

Oğlana Hacerdən uzaq durması barədə 7 dəfə rəsmi xəbərdarlıq edilsə də nəticə verməyib. Araşdırmalar zamanı onun 1570 fərqli nömrədən zəng edərək Hacerlə ünsiyyət qurmaq istədiyi məlum olub. Cəbrailin psixoloji pozuntusunun olmadığı sübuta yetirilib. Türkiyəli barədə 20,5 il həbs cəzası tələb olunur.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31