Almanlar "Sputnik V" peyvəndi üçün səyahət adıyla Rusiyaya gedirlər

Almanlar  Avropada istifadəsinə icazə verilməyən  "Sputnik V" peyvəndinə görə Rusiyaya gedirlər.

Olaylar.az  "sputnik Türkiyəyə" istinadən xəbər verir ki, bu barədə məlumatı "Der Şpigel" jurnalı yayıb.

Ötən həftə sonu bir Norveç şirkətinin təşkil etdiyi  turla Almaniyadan onlarla insan  peyvənd üçün Moskvaya gediblər.

Peyvəndin ilk dozası turistlərin otelə gəlişində tətbiq edilib. Turistlər peyvəndin ikici mərhələsi üçün Rusiyadan qayıtmayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31