Hindistanda son sutkada "Covid-19"a yoluxanların sayı 250 mini ötdü
20 Aprel 2021 11:18 DünyaHindistanda son 24 saatda koronavirusa yoluxanların sayı 256 min 947 nəfər, ölənlərin sayı isə 1757 nəfərə çatıb.
Olaylar.az xəbər verir ki, son günlər ölkədə koronavirusa yoluxma və ölüm hallarında kəskin artım müşayiət olunur. Nəticədə küçəyə çıxma qadağası qoyulub.
Qərardan sonra Hindistanın paytaxtı Yeni Dehliyə işləməyə gələnlərin əksəriyyəti doğulduqları şəhərə geri göndərilib. Bu səbəbdən avto və dəmiryol vağzallarında kütləvi sıxlıq yaranıb..
Qeyd edək ki, bu günədək Hindistanda 15 milyon 314 min 714 nəfər koronavirusa yoluxub, 180 min 550 nəfər virusun qurbanı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31