Rusiyada "Covid-19"un iki yeni növü aşkar edildi
19 Aprel 2021 14:56 DünyaYeni virus növlərinə "Sibir" və "Şimal-Qərb" mutasiyası adları verilib.
Olaylar.az xəbər verir ki, bunu İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin sədri Anna Popova deyib. Popova "Bu yeni mutasiyalar Rusiya xaricində görülənlərdən çox fərqlidir. " söyləyib.
Qeyd edək ki, Rusiyada son sutkada daha 8 589 nəfər "Covid-19"a yoluxub.
Bununla da Rusiyada koronavirusa yoluxanların sayı4 710 690 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 346 nəfər artaraq 105 928-ə yüksəlib.
Rusiyada indiyədək koronavirusa yoluxan4 310 557 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31