Navalnının səhhəti qəfil pisləşdi – Xəstəxanaya yerləşdirilir

Həbsdə olan rus dissident Aleksey Navalnının səhhəti qəfildən pisləşib. Bundan sonra onun xəstəxanaya yerləşdiriləcəyi açıqlanıb.

Olaylar.az xəbər verir ki, 3 həftədir ki, aclıq aksiyasl keçirən müxalifət liderinin vəziyyəti ağırlaşdığı üçün bu addımın gərəkli olduğu düşünülüb.

Qeyd edək ki, Navalnı yanvarın 17-də Almaniyadan Moskvaya qayıtdıqdan dərhal sonra şərti azadlığa çıxma qaydalarının pozulması iddiaları ilə həbs olunmuşdu.

Navalnı üçün fevral ayında 3.5 illik şərti cəza kəsilib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31