ABŞ-dan Rusiyaya gözdağı: "Navalnı ölsə, nəticəsi ağır olacaq..."

ABŞ rusiyalı müxalifət lideri Aleksey Navalnının aclıq aksiyasına qarşı Rusiyaya xəbərdarlıq edib.

Ağ Evdən verilən açıqlamada Navalnının öləcəyi təqdirdə bunun nəticəsinin olacağı bildirilib.  

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyk Sallivan CNN-ə verdiyi müsahibədə: "Navalnı ölsə , qarşı necə addım atacağımıza baxırıq. Hazırda hansı sanksiyaların olacağını sizinlə paylaşa bilmərəm, amma bunun Rusiya üçün  nəticələrinin olacağını bildirmişdik", - deyə qeyd edib.

Bundan başqa aclıq aksiyasına qarşı Avropa Birliyi, ABŞ, Berlin, Fransa və Almaniya Kremli hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Navalnının tərəfdarları "Həyatını Qurtarın" şüarı ilə Rusiyada 21 aprel tarixində etiraz aksiyası keçirəcəklər. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31