Ermənistanda koronavirusdan ölənlərin sayı artdı
17 Aprel 2021 11:42 DünyaErmənistanda son sutkada koronavirusa 870 yoluxma qeydə alınıb.
Olaylar.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 207 973-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 24 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 859 nəfərə yüksəlib.
Koronavirusdan sağalanların sayı isə 187 256-ya çatıb. Hazırda 15 880 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31