İtaliyada "AstraZeneca" peyvəndindən 4 nəfər ölüb

İtaliyada koronavirusa qarşı istifadə olunan "AstraZeneca" peyvəndindən bugünədək 4 nəfər vəfat edib.

Olaylar.az xəbər verir ki,  bu barədə  məlumatı İtalyan Dərman Agentliyi (Aifa) yayıb.  Məlumatda peyvənd olunan 4 nəfərin  qan laxtalanması pozuntuları səbəbindən öldüyü bildirilib.

İtaliyada təxminən 9 milyon 68 min dozada  peyvən tətbiq edildikdən sonra yan təsirlər aşkar edilib. Bunlar əsasən "Pfizer-BioNTech", "AstraZeneca" və "Moderna" peyvəndləridir. 

Qeyd edək ki,  son sutkada 16 min 974 nəfər koronavirusa yoluxub, 380  nəfər vəfat edib. Bununla da ölkədə bugünədək 3 milyon 826 min 156 nəfər virusa yoluxub, 115 min 937 nəfər virusdan vəfat edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31