Baydendən Putinə xəbərdarlıq: Daha irəli gedə bilərik!

Qara dənizə gəmi göndərmək qərarından imtina edən Bayden seçkilərə müdaxilə və Ukrayna böhranı səbəbiylə Rusiyaya  yeni sanksiyalar elan edib.

 Daha irəli gedə bilərik!

Olaylar.az xəbər verir ki, Rusiyaya qarşı yeni sanksiyalar elan etdiklərini xatırladan Bayden "Putinə dedim ki, açıq şəkildə irəli gedə bilərik,  ABŞ Rusiya ilə gərginliyi artırmağa çalışmır. Sabit bir münasibət istəyirik. Ancaq Rusiya demokratiyamıza müdaxilə etməyə davam edərsə, cavab vermək üçün əlavə addımlar atmağa da hazıram ". 

Prezident Rusiyanın seçkilərə müdaxilələrinə cavab verəcəyini açıqladığını xatırladaraq "Xarici bir gücün ölkədəki demokratik prosesimizə müdaxilə etməsinə və günahsız qalmasına icazə verə bilmərik" ifadələrinə  də yer verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31