Dünyada "Covid-19"dan ölənlərin sayı 3 milyonu keçdi

Dünyada koronavirusdan ölənlərin sayı 3 000 373 nəfərə çatıb.

Olaylar.az "Worldmeters.info" saytına istinadən xəbər verir ki, ən çox ölüm sayı  578 min 993 nəfər ilə ABŞ-da qeydə alınıb. Bundan başqa  Braziliyada 365 min 954,  Meksikada 211 min 213, Hindistanda 174 min 335 , İngiltərədə 127 min 191, İtaliyada 115 min 937, Rusiyada 104 min 398, Fransada 100 min 73, .Almaniyada 80 min 141,   İspaniya  isə 76.882 nəfər koronavirusun qurbanı olub. 

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31