Zelenski: Ukrayna ordusu hazırdı
16 Aprel 2021 10:13 DünyaUkrayna Prezidenti Volodimir Zelenski hər təxribata qarşı Donbas bölgəsində ordusunun hazır vəziyyətdə olduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra mühüm açıqlamalar verib. Prezident "Gündəmdə 7 maddə müzakirə edildi və ən əhəmiyyətlisi Donbas idi. Bu bölgədəki vəziyyət nəzarət altına alınır. Bir problem olarsa, cavab verməyə hazırıq, ordumuz hazırdır " söyləyib.
Zelenski xalqa müraciətində dezinformasiyalara inanmamağa, yalnız rəsmi məlumatlara inanmağa səsləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31