ÜST: Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti şəkərli diabetdir

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilən ağır xəstələrin çoxunun şəkərli diabet daşıyıcı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, baş direktor dünyada son 40 ildə diabet xəstələrinin sayının dörd dəfə artdığını, bunun üçün təcili tədbirlərin zəruri olduğunu bildirib. Qebreyesus ÜST və Kanada hökumətinin Toronto Universitetinin dəstəyi ilə birgə təşkil etdiyi Qlobal Diabet Sammitində koronavirusu ağır keçirən xəstələrin çoxunun şəkərli diabet olduğunu bildirib. 

ÜST yeni "Qlobal Diabet Xartiyası" ilə insulinin tapılmasından 100 il sonra diabetə yoluxmamaq və ehtiyacı olan hər kəsə müalicə göstərmək səylərini dəstəkləməyi hədəfləyir.

Təşkilatdan verilən məlumata görə, hazırda insulin bazarında yalnız 3 şirkət hakimdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31