Dünyanın 5 nəhəngi AÇIQLAMA YAYDI: Ukraynanın yanındayıq
15 Aprel 2021 13:40 DünyaABŞ, Britaniya, Almaniya, Fransa və İtaliya Rusiyanı Ukrayna ilə bağlı deeskalasiyaya çağırır.
Olaylar.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı beş ölkənin xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra ABŞ Dövlət Departamenti yayıb.
Məlumata görə, diplomatlar Ukraynanın Rusiya provokasiyaları qarşısında səbir göstərməsini təqdir ediblər.
Onlar, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdiklərini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31