Bu ölkə də ordusunu Əfqanıstandan geri çəkir

ABŞ, İtaliya, İngiltərədən sonra Gürcüstan hökuməti də Əfqanıstanda 2004-cü ildən bəri xidmət edən qoşunlarını geri çəkəcəyini açıqlayıb.

ABŞ, İtaliya, İngiltərədən sonra Gürcüstan hökuməti də Əfqanıstanda 2004-cü ildən bəri xidmət edən qoşunlarını geri çəkəcəyini açıqlayıb.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş naziri  İrakli Qaribaşvili verib.  " NATO ilə razılaşdırılmış proqrama görə, Gürcüstan əsgərləri Əfqanıstandan geri çəkiləcək",- deyə o , bildirib. 

Baş nazir Gürcüstan əsgərlərinə bu illər ərzində qlobal terrorizmlə mübarizə apardıqlarına görə təşəkkür edib.

Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan əsgərlərinin NATO üzvü olan ölkələrdə və Əfqanıstanda xidmət etməsindən qürur duyduğunu vurğulayıb.

Qeyd edək  ki, 860 gürcü əsgəri Əfqanıstanda xidmət edirdi. 

Xatırlatma:

Amerika Birləşmiş Ştatları,  İtaliya və İngiltərə ordusunu  Əfqanıstandan ərazisindən çıxarır.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden bu ilin sentyabr ayının 11-dək qoşunlarını Əfqanıstan ərazisindən çıxaracağını qeyd edib. 

İtaliyanın xarici işlər naziri Luigi Di Maio Əfqanıstanda xidmət edən İtalyan hərbçilərinin  may - sentyabr ayları ərzində bu ölkədən çəkiləcəyini açıqlayıb.

Di Maio "Bu, əfqan xalqını tək buraxmağımız demək deyil. İşbirliyimiz, məktəblər üçün layihələr, insan haqlarını dəstəkləməyə davam edəcəyik", -deyə söyləyib.

İngiltərə xarici işlər naziri Dominik Raab Əfqanıstanda xidmət edən İngilis əsgərlərinin ölkədən müntəzəm qaydadan çıxarılmasını dəstəkləyib.  Raab  "Twitter" hesabında Əfqanıstan xalqının daha dinc bir gələcəyə sahib olmasını vurğulayıb. 

İngiltərə  müdafiə naziri Ben Vallas isə "Geri çəkilməyimizə baxmayaraq  Əfqanıstana edilən hücumların sərt bir cavabla qarşısını alcağıq ",- deyə söyləyib. 

Qeyd edək ki, ABŞ-nın Əfqanıstanda 2 min 500, İtaliyanın isə Kabildə  800 əsgəri xidmət edirdi.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31