İraqda türk əsgəri həlak olub
15 Aprel 2021 12:08 DünyaTürkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı bazası raket atəşinə tutulub.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Raket atəşi nəticəsində 1 türk hərbi qulluqçusu həlak olub.
İraqın şimalında, Başikdəki baza raket atəşinə məruz qalıb. Raketlərdən biri bazanın ərazisinə, digər ikisi kəndə düşüb. Hücum nəticəsində kəndin azyaşlı mülki sakini də yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31