Hindistanda ilk dəfə son sutkada "Covid -19"a yoluxanların sayı 200 mini keçdi

Hindistanda son 24 saatda koronavirusa yoluxanların sayı 200 min 739  nəfərə  çatıb. 

Olaylar.az  xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 14 milyon 74 min 564 nəfərə  çatıb. Son sutkada 1038  nəfərin virusun qurbanı olması ilə ümumi say 173 min 123 nəfər olub. 

Qeyd edək ki, Hindistan virusa  yoluxma və ölüm hallarına görə dünya üzrə ikinci  sırada durur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31