Üç ölkə ordusunu Əfqanıstan ərazisindən çıxarır

Amerika Birləşmiş Ştatları,  İtaliya və İngiltərə ordusunu  Əfqanıstandan ərazisindən çıxarır.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Cozef Bayden bu ilin sentyabr ayının 11-dək qoşunlarını Əfqanıstan ərazisindən çıxaracağını qeyd edib. 

İtaliyanın xarici işlər naziri Luigi Di Maio Əfqanıstanda xidmət edən İtalyan hərbçilərinin  may - sentyabr ayları ərzində bu ölkədən çəkiləcəyini açıqlayıb.

Di Maio "Bu, əfqan xalqını tək buraxmağımız demək deyil. İşbirliyimiz, məktəblər üçün layihələr, insan haqlarını dəstəkləməyə davam edəcəyik", -deyə söyləyib.

İngiltərə xarici işlər naziri Dominik Raab Əfqanıstanda xidmət edən İngilis əsgərlərinin ölkədən müntəzəm qaydadan çıxarılmasını dəstəkləyib.  Raab  "Twitter" hesabında Əfqanıstan xalqının daha dinc bir gələcəyə sahib olmasını vurğulayıb. 

İngiltərə  müdafiə naziri Ben Vallas isə "Geri çəkilməyimizə baxmayaraq  Əfqanıstana edilən hücumların sərt bir cavabla qarşısını alcağıq ",- deyə söyləyib. 

Qeyd edək ki, ABŞ-nın Əfqanıstanda 2 min 500, İtaliyanın isə Kabildə  800 əsgəri var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31