Braziliyada son 24 saatda 3 mindən çox "Covid-19"un qurbanı oldu
14 Aprel 2021 12:43 DünyaBraziliyada son 24 saatda 3808 nəfər koronavirusun qurbanı olub.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, son sutkada ölkədən 82 min 186 nəfər virusa yoluxub. bununla da ölkənin koronavirusa yoluxma halları 13 milyon 599 min 994-ə çatıb. Virusdan ölənlərin sayı isə 358 min 425 nəfərdir.
Əhalisi 210 milyon olan Braziliya son aylarda koronavirusa yoluxma və ölüm hallarına görə dünya üzrə 3-cü yerdə dayanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31