Nigerdə ​​məktəbdə yanğın olub, 20 şagird həyatını itirib

Nigerin paytaxtı Niameydə məktəbdə yanğın baş verib,  20-yə yaxın şagird vəfat edib. 

Olaylar.az "TRT Haber"ə istinadən xəbər verir ki, 21 sinif qəfildən alovlanıb  və siniflərindən çıxa bilməyən 20 şagird yanaraq vəfat ediblər. 

Xatırladaq ki, Niger dünyanın ən kasıb ölkəsidir. Ölkədəki minlərlə sinif otağı saman daxmalardan ibarətdir. Sinif otaqlarının əksəriyyətinin yer olmadığından  şagirdlər tez-tez yerə oturmalı olurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31