Myanmada daha 6 şəxs edam olunacaq

Myanmada  həbsdə olan daha 6 nəfərə ölüm hökmü verilib.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, ölkədəki çevriliş əleyhinə 6 fəal cəza qanunlarını pozduqlarına görə edam olunacaq.  

Xatırladaq ki, ilk ölüm hökmü 10 aprel tarixində verilib və həmin gün həbsdə olan  çevriliş əleyhinə 19 fəalın edam olunması qərarı  verilib. 

Myanma ordusu 8 Noyabr 2020 seçkilərindəki saxtakarlıq və ölkədəki siyasi gərginliyin artmasından sonra 1 fevralda rəhbərliyi ələ keçirib. Ordu ölkənin faktiki lideri, Xarici İşlər Naziri Aung San Suu Çii daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb. Myanmada bir il boyunca fövqəladə vəziyyət elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31