Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması müzakirə olunur - Peskov

Bakının Qarabağda "İsgəndər-M" raketinin qalıqlarını tapması ilə bağlı məlumatlar Rusiya və Azərbaycan hərbçiləri arasındakı sıx dialoqda müzakirə olunur.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi "İsgəndər" qalıqlarının tapılması barədə mövzunun Rusiya və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub-olunmaması barədə sualı cavablandırarkən müvafiq məsələlərin hərbçilər arasında dialoq zamanı müzakirə olunduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31