ÜST : "Heyvandarlıq bazarlarını bağlayın"

Ümumdünya Səhiyyə Təşkilatı  chr("39")heyvandarlıq bazarlarını bağlamağachr("39") çağırıb.

Olaylar.az xəbər verir ki, ÜST koronavirus epidemiyasının bitməsinə  "çox uzun bir yol" olduğunu xəbərdar edərək, heyvandarlıq bazarlarının koronavirus kimi bir çox yoluxucu xəstəliklərin ortaya çıxmasına səbəb olduğunu bildirib. 

ÜST-nin verdiyi açıqlamada "Heyvanlar, xüsusən vəhşi heyvanlar, yeni virusların meydana gəlməsinə səbəb olan bütün yoluxucu xəstəliklərin yüzdə 70-dən çoxunun mənbəyidir. Xüsusilə vəhşi məməlilər yeni xəstəliklərin ortaya çıxmasına şərait yaradır" qeyd olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31