Rusiya bu ölkə ilə hava əlaqəsini müvəqqəti məhdudlaşdırır

Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə  məlumatı Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova verib. 

"Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə qərar qəbul verdik", - Qolikova deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31