ÇİN qırıcı təyyarələri havaya qaldırdı - DÜNYA ŞOKDADIR...
13 Aprel 2021 10:41 DünyaÇin ordusuna aid 25 döyüş təyyarəsi Tayvana aid hava məkanına daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Çin döyüş təyyarələrinin 14-nün J-16, 4-nün J-10, 4-nün H-6K bombardmançı, 2-nin Y-8 dəniz patrul, birinin isə KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsi olduğu bildirilib.
Məlumata görə, təyyarələri hava sahəsindən uzaqlaşdırmaq məqsədi ilə Tayvanın döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri hərəkətə keçib.
Mütəxəssislər "narahatlıq dövrünün" başladığı barədə xəbərdarlıq edib. Qarşılıqlı hərbi həmlələr və super güclərin bölgəyə daxil olmağa çalışması Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Məhz Tayvandakı proseslərin gedişatı məsələnin ciddiliyini göz önünə qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31