Rusiyadan Türkiyəyə qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ: Ankara Zelenskiyə görə cəzalandırılıb?

"Rusiyanın Türkiyə ilə hava nəqliyyatını dayandırmasının Vladimir Zelenskinin Ankaraya səfəri ilə əlaqəsi yoxdur".

Olaylar.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, qərar pandemiya ilə bağlı qəbul edilib. Xatırladaq ki, Rusiya Türkiyə ilə çarter reyslərini aprel ayının 15-dən iyun ayının 1-dək dayandırıb. Zelenskinin Ankara səfərindən sonra belə qərarın qəbul olunması bəzi suallar yaradıb.

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31