Cozef Bayden bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib

Amerika  Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden bütün müsəlmanları Ramamzan bayramı  münasibəti ilə  təbrik edib.

Olaylar.az  xəbər verir ki, prezident "Həyat yoldaşım Cill və mən ABŞ-dakı və dünyadakı müsəlman icmalarına səmimi təbriklərimizi və arzularımı göndəririk",- deyə qeyd edib. 

"Amerikada heç kim inancını qorxu içində yaşamamalıdır"  

Bayden Çindəki uyğurların, Myanmadakı Rohingya müsəlmanları və ətrafındakı müsəlman cəmiyyətləri də daxil olmaqla insan haqlarını müdafiə etməyə davam edəcəyini bildirib. 

Qarşılarında ümid dolu günlərin olduğunu ifadə edən Bayden Qurandan "Allah göylərin və yerin işığıdır" ayəsindən sitat da gətirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31