Ukrayna Rusiyanı "qoşunlarını sərhəddən çıxarmağa" çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı Ukrayna sərhədindən qoşunlarını çıxarmağa və Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə çağırıb. 

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, nazirliyin açıqlamasında   Aprel ayının 7-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) 2011-ci il Vyana Sənədi çərçivəsində Ukrayna sərhədindəki  əsgər sayını artırması ilə bağlı Rusiyadan rəsmi açıqlama istənilib. Rusiya isə mövzu ilə bağlı açıqlama verməyib.

Eyni zamanda açıqlamada gərginliyi azaltmaq üçün danışıq cəhdlərinin Rusiya tərəfindən  nəzərə alınmadığı da vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31