Rusiya 40 000 əsgərini Ukrayna ilə sərhədə yığdı

Bu barədə məlumatı Ukrayna Prezidenti Zelenskinin sözçüsü Yuliya Mendel deyib.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki,  "Reuters"ə danışan  sözçü Yuliya Mendel Rusiyanın Ukraynanın şərq sərhədinə və  Krımda 40 mindən çox rus əsgərinin olduğunu bildirib.

Mendel Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşüb müzakirələr aparmaq üçün Rusiyanın dövlət başçısı Vladimir Putinə müraciət etdiyini, lakin hələ  bir cavabın alınmadığını  qeyd edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31