ABŞ-da daha bir qaradərili polis tərəfindən öldürülüb

ABŞ-ın Minnesota şəhərində polis yol qaydalarını pozduğuna görə dayandırdığı maşının  qaradərili sürücüsünü silahla  öldürüb.

Olaylar.az xəbər verir ki,   polis tərəfindən öldürülən Dante Rayt adlı gəncin 20 yaşı var. Rayt onu saxlamağa çalışan polisin tələblərinə tabe olmayaraq yenidən avtomobilinə minib. Bundan sonra polis zabitlərindən biri gəncə atəş açıb. Onun avtomobili bir neçə küçəni keçərək başqa bir avtomobilə çırpılıb.

Rayta tibbi yardım göstərilib, lakin o, hadisə yerində vəfat edib.  

Bazar günü gecə yüzlərlə adam polis bölməsinin qarşısına toplaşaraq etiraz etsələr də, etirazların qarşısı alınıb. 

Xatırladaq ki, keçən il may ayında George Floyd adlı qaradərilinin polis tərəfindən öldürülmüşdü.  

Gülər Seymurqızı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31