Myanmada ölüm sayı 700-ü keçdi
12 Aprel 2021 10:46 DünyaEtirazların davam etdiyi Myanmada cümə günü nümayişlər zamanı daha 82 nəfərin öldüyü bildirilib.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə çevriliş əleyhinə nümayişlərdəölənlərin sayı 700 nəfəri keçib.
Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.