Səudiyyə Ərəbistanında üç əsgər edam edildi
10 Aprel 2021 15:02 DünyaSəudiyyə Ərəbistanında 3 hərbi qulluqçu barəsində daha əvvəl çıxarılmış edam cəzası icra olunub.
Olaylar.az "Report"a xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, müttəhimlər xüsusi məhkəmə tərəfindən "vətənə xəyanət" və "düşmənlə əlbir olmaq"da ittiham olunaraq günahkar biliniblər.
Düşmənin məhz kim olduğu qeyd olunmasa da, edam hökmü ölkənin cənubunda, Yəmən sərhədi yaxınlığında icra olunub. Belə ki, Səudiyyə Ərəbistanı 6 ildir qonşu ölkədə İran dəstəkli Husi islamçı hərəkatına qarşı döyüşən beynəlxalq koalisiyaya başçılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31