İsmayıl Ömər Qulleh yenidən Cibuti prezidenti seçilib

Cibuti Respublikasının hazırkı prezidentiİsmayıl Ömər Qulleh növbəti dəfə dövlət başçısı seçilib.

Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki,  daxili işlər naziri Mömin Əhməd Şeyx ötən gün axşam ölkə rəhbərinin səslərin 98,58 faizini, yəni167 535 səs qazandığını, nəticələrin Konstitusiya Şurası tərəfindən açıqlanacağını bildirib.

Seçkilərdə yeganə alternativ müstəqil namizəd Zəkəriyyə İsmayıl Fərəh daha əvvəl təhlükəsizliyinə zəmanət olmadığını əsas gətirərək seçki kampaniyasını dayandırmış, etirazını bildirmək üçün insanlar arasına ağzı lentlə bağlanmış vəziyyətdə çıxıb.

Digər müxalifət qüvvələri seçkiləri boykot edib. Ölkə üzrə seçki məntəqələri polis tərəfindən mühasirəyə alınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31