Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 34 nəfər yaralanıb

Türkiyənin Konya vilayətində turistləri daşıyan avtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çarpılıb.

Olaylar.az "Milliyet"ə istinadən xəbər verir ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım və polis gəlib. Yaralılar Konyadakı xəstəxanalara aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Qəzaya  yolun buz bağlaması səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31