İrəvanda əsgər yaxınları Müdafiə Nazirliyinə girməyə çalışdı
9 Aprel 2021 14:48 Dünyaİrəvanda Müdafiə Nazirliyinin əsgər yaxınları tərəfindən mühasirəsi davam edir.
Olaylar.az-ın məlumatına görə, itkin düşmüş hərbçilərin valideynləri müdafiə naziri Vaqarşak Arutyunyan və baş qərargah rəisi Artak Davtyanla görüş tələb edir.
Bəzi valideynlər nəzarət-buraxılış məntəqəsindən keçərək nazirliyə daxil olmağa çalışıb.
Etirazçılara qarşı polis nəfərlərinin sayı artırılıb.
Qeyd edək ki, əsgər yaxınları ötən gün səhər saatlarından etibarən Müdafiə Nazirliyinin binasına gedən yolları bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31