ABŞ Ukraynaya dəstək üçün Qara dənizə hərbi gəmilər göndərməyi düşünür
Amerika Birləşmiş Ştatları Rusiya ilə gərginliyi artan Ukraynaya dəstəyini göstərmək üçün Qara dənizə hərbi gəmilər göndərməyi düşünür.
9 Aprel 2021 14:15 DünyaAmerika Birləşmiş Ştatları Rusiya ilə gərginliyi artan Ukraynaya dəstəyini göstərmək üçün Qara dənizə hərbi gəmilər göndərməyi düşünür.
Olaylar.az xəbər verir ki,"CNN"ə danışan adının çəkilməsini istəməyən Pentaqon rəsmisi bununla bağlı hər hansı bir tarix qeyd etməsə də, ABŞ-nın vəziyyəti çox yaxından izlədiyi mesajını verib.
Ağ Evin sözçüsü Cen Psaki bugünkü mətbuat brifinqində bir daha Rusiya və Ukrayna sərhədində baş verənlərlə bağlı narahatlığını dilə gətirib və bu mövzuda NATO müttəfiqləri ilə görüşdüklərini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31