İtaliya Baş naziri Ərdoğana qarşı təhqiramiz ifadələr işlədib

İtaliyanın Baş naziri Mario Draghi  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı diktator adlandırıb. 

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İtaliyanın Ankaradakı səfiri Massimo Gaiani Türkiyə Xarici İşlər Nazirliyinə  çağırılıb.  Xarici işlər naziri Mövlud Çavuşoğlu da rəsmi "twitter" hesabından naziri tənqid edib.

AK Parti rəhbərinin  köməkçisi Numan Kurtulmuş da rəsmi "twitter" hesabında "Hörmətli Draghi, bizdən diktator çıxmaz. Əgər diktator görmək istəyirsinizsə, tarixinizə  baxın. Mussoliniyə baxın", - deyə  qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31