500 milyon "Linkedin" istifadəçisinin məlumatı oğurlanaraq satışa çıxarılıb
9 Aprel 2021 11:26 Dünya500 milyon "Linkedin" istifadəçinin adları, elektron adresləri, telefon nömrələri və digər məlumatları oğurlanaraq satışa çıxarılıb.
Olaylar.az "CNN News"a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət də təsdiqləyib. "Linkedin"dən verilən məlumata görə, oğurlanan informasiyaların çoxu bir sıra saytlara və şirkətlərə məxsusdur. İstifadəçilərinin məlumatlarına yalnız insanların profillərində açıq şəkildə göstərilən məlumatlar daxildir.
"Kimsə istifadəçilərimizin razılığı olmadan məlumatlarını götürüb öz məqsədləri üçün istifadə etmək istəsə, biz onlara mane olub məsuliyyətə cəlb edəcəyik",- deyə şirkət qeyd edib.
Qeyd edək ki, "Linkedin" məlumatları oğurlanan istifadəçilərə hər hansı bir xəbərdarlıq etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31