Hindistanda koronavirusa yoluxanların sayı 13 milyonu ötdü

Hindistanda son sutkada 131 min 893 nəfərin "Covid-19"a yoluxması nəticəsində ölkədə virusa yoluxanların sayı 13 milyon 060 min 542 nəfərə çatıb. 

Olaylar.az  xəbər verir ki, bu barədə məlumat "Worldmeters.info" saytında yer alıb. Koronavirus qurbanlarının ümumi sayı isə 167 min 694  nəfərdir.  11,9 miyondan çox pasiyent koronavirusdan sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31